Sumqayıtda vəzifəli şəxs qəzaya düşdü – FOTObackend

Sumqayıtda vəzifəli şəxs qəzaya düşdü - FOTO

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, qəza şəhərin Məhəmməd Əsədov küçəsində, “Daş bazarı” adlanan ərazidə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüstəmov Atəş İsmayıl oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən digər bir nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində “Toyota Prado” markalı avtomobil aşıb. Nəticədə həmin avtomobilin sürücüsü, 43 yaşlı A. Rüstəmov xəsarət alıb. O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasəna aparılıb. Onun vəziyyətinin normal olduğu biıdirilir.

Qeyd edək ki, A. Rüstəmov Sumqayıt Mənzil Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik Departamentinin direktorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*