Yanğında xəsarət alanların vəziyyəti açıqlandı – YENİLƏNİBbackend

Yanğında xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

Abşeron rayonu “Şəfəq” qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Qeyd edək ki, yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib:

2001-ci il təvəllüdlü Tural Məmmədov, 1994-cü il təvəllüdlü Elvin Nağıyev, 1999-cu il təvəllüdlü Məhəmməd Yaşar, Tərlan Kərimov, Mütəllim İbrahimov və Fərid Nədibov.

22:47

Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

***

Baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*