Sumqayıtda yaşayış binasında yanğın – VİDEObackend

Sumqayıtda yaşayış binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 20kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb.  1 nəfər tüstüdən zəhərlənib.

Yanğın baş vermiş otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*