KONKRET.az-a daxil olan məlumata görə, qəza “Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb: “Shacman” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb.
Nəticədə yük maşını aşıb. Hadisə yerində sürücü – 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlu və sərnişin – 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlu həyatlarını itiriblər.
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması göstərilib. Faktla bağlı araşdırma aparılır.