Dünən gecədən başlayaraq ölkənin demək olar ki, bütün regionlarına güclü qar yağıb.
KONKRET.az xəbər verir ki, uzun illərdən sonra Bakı, Abşeron və Sumqayıta yağan qar burada yaşayan insanların həsrətinə son qoyub. Lakin yağan qarın ciddi fəsadlar törətməməsi, insanların və avtomobillərin hərəkətində problem yaratmaması üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən gecə saatlarından başlayaraq tədbirlər görülməyə başlayıb.
İcra Hakimiyyətindən KONKRET,az-a verilən məlumata görə, şəhər yollarının qardan təmizlənməsi gecə saatlarından davam edir. Belə ki, yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilərək, təmizlənmə işləri aparılıb. Lakin bəzi sakinlər Sumqayıytın müxtəlif ərazilərində qaz, su və işığın verilməsində problemlər olduğunu bildiriblər. Ümid edirik ki, qarın yaratdığı bu kimi fəsadlar da qısa zamanda aradan qaldırılacaq və insanların rahatlığı təmin ediləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az