Sumqayıtdakı partlayışda yaralananların SON DURUMUbackend

Sumqayıtdakı partlayışda yaralananların SON DURUMU

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Sumqayıt Tibb Mərkəzindən KONKRET.az-a bildirilib ki, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.

Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*