Sunami xəbərdarlığı: “Yarım saat vaxt olacaq”backend

Sunami xəbərdarlığı: "Yarım saat vaxt olacaq"

Egey dənizində seysmik aktivlik davam etdiyi üçün mütəxəssislər sunaminin təxminən yarım saat ərzində Türkiyə sahillərinə çata biləcəyi barədə xəbərdarlıq ediblər.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Dokuz Eylül Universiteti (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzi Müdiri Prof. Dr. Həsən Sözbilir Egey dənizindəki son zəlzələlərin Santorini adasının şimalında meydana gəldiyinə diqqət çəkib.

Bu bölgədə çoxlu vulkanın olduğunu bildirən Sözbilir “Keçmişdə 5-6 dəfə püskürmələr olub, ardınca zəlzələlər, sonra sunami və vulkan püskürməsi olub” sözlərini deyib.

Eramızdan əvvəl 1600-cü ildə Santorinidəki püskürmənin 6 bal gücündə bir zəlzələyə səbəb olduğu təxmin edildiyini açıqlayan Prof.Dr.Ahmet Erdem vulkanın yenidən püskürməsi halında atmosferə çoxlu miqdarda kül və qazın salınacağını bildirib. Dr. Sözbilir bunun havanın çirklənməsinə, kənd təsərrüfatı sahələrinə ziyan vurmasına və müxtəlif ekoloji problemlərə səbəb ola biləcəyini qeyd edib.

Ege Bölgəsindəki sunaminin təxminən yarım saatda sahillərə çata biləcəyini ifadə edən Sözbilir “Əvvəlcə zəlzələ, sonra sunami. Sunaminin çatma vaxtı olduğu üçün ikisi də eyni anda olmur. Ən az yarım saat vaxtımız olacaq” açıqlamasında bildirib.

Sözbilir “Tsunami baş verdikdə nə edəcəyimizi bilsək, problemimiz olmayacaq. Sahildən quruya, dəniz səviyyəsindən yuxarıya doğru getməliyik” deyə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*