“Süni intellektin tətbiqinə gecikirik” – Nə etməliyik?backend

"Süni intellektin tətbiqinə gecikirik" - Nə etməliyik?

Xəbər verildiyi kimi, Azərbaycanda hazırlanan süni intellekt strategiyası bu istiqamətin necə inkişaf etdirilməsi yollarını formalaşdıracaq. Bunu “AzIntelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitinin ikinci günündə bildirib. O qeyd edib ki, normativ baza olmadan texnologiyanın inkişafı müəyyən mərhələlərdə ciddi çətinliklə üzləşir:

“Buna görə də, texnologiyanın inkişafını dəstəkləyən tənzimləyici baza vacibdir. Həmçinin texnologiyanın inkişafı üçün lazımi infrastruktur təmin edilməlidir. Çünki infrastruktur olmadan yeni texnologiyaların tətbiqi və istifadəsi çətin olur”.

Mövzu ilə əlaqədar KONKRET.az-a danışan İT mütəxəssisi Elman Mütəllim qeyd edib ki, hazırlanan strategiya bu sahənin inkişafına təkan verəcək:

“Ümumiyyətlə, süni intellektin inkişafını istəyiriksə, bunun tətbiqinə orta məktəblərdən başlamalıyıq. Uşaqlara proqramlaşdırma dillərinin aşılanması, gələcəkdə bu sahənin inkişafına səbəb ola bilər. Yeni nəsil üçün süni intellekt daha əlverişlidir. Düzdür, bu bizim ölkədə nəzərəçarpacaq qədər tətbiq olunmur. Lakin səhiyyə, elm və bir neçə istiqamət üzrə süni intellektin tətbiqi görünür. Qeyd etdiyim kimi, bu sahə məktəblərdə dərs proqramına salınmalıdır. Düzdür, ölkəmizdə süni intellektin tətbiqinə gecikmişik, dünya artıq bu texnologiyaya 80-90 faiz inteqrasiya olunub. Bəli, bir çox peşələri sıradan çıxaracaq, amma faydaları da az deyil. Dediyim kimi, süni intellekt Azərbaycanda az sahədə tətbiq olunur, bunun nə qədər effektiv olması da ayrı bir sualdır”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*