Suqovuşan sakinləri evlərini ziyarət ediblər – VİDEObackend

Suqovuşan sakinləri evlərini ziyarət ediblər - VİDEO

Suqovuşan sakinləri doğma kəndlərinə dönüblər.

KONKRET.az xəbər verir ki, onlar öz təəssüratları və hissləri barədə “Report”a danışıblar.

Gülşən Ağayeva Suqovuşan kənd sakinidir. Deyir ki, 1992-ci ildə ermənilərin daha da aktivləşdiyi zamanlarda onlar üçün ciddi təhlükənin olduğunu hiss ediblər. Ermənilərin ətraf kəndlərdəki təxribatlarına baxmayaraq, kənddən çıxmaq fikirləri olmayıb. Əlavə qüvvələrin onların köməyinə gələcəyi ümidilə bir müddət gecələr evlərindən çıxaraq, yamacda olan qaratikanlıqda gizləniblər.

Xaliq Hümbətov da Suqovuşan kənd sakinidir. Deyir ki, şəhid qanı ilə alınan bu torpaqlar tək onlar üçün deyil, bütün Azərbaycanın qürur yeridir.

Doğma kəndlərinin azad edilməsi sevincini yaşayan Suqovuşan sakinləri, indi bu kəndə tez bir zamanda köç etmələrini səbirsizliklə gözləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*