Suqovuşan uğrunda şəhadətə ucalan 25 yaşlı hərbçimizbackend

Suqovuşan uğrunda şəhadətə ucalan 25 yaşlı hərbçimiz

Vətən Müharibəsində şəhadətə ucalan qəhrəmanımız Əsgərzadə Xəyal İsrafil oğlu 25 dekabr 1995-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.

KONKRET.az xəbər verir ki, o, 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Xəyal 2018-ci ildə yenidən hərbiyə qayıdaraq, Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) kimi xidmətə başlayır.

2020-ci sentyabrın 27-də başlayan Vətən Müharibəsində döyüşüb.

O, Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olur.

Qeyd edək ki, Əsgərzadə Xəyal ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamıyla “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*