Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı bacısı oğlunu köməkçi təyin etdibackend

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı bacısı oğlunu köməkçi təyin etdi

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bununla bağlı Ə.Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağayev Murad Əsgər oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayev əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində icra başçısının sürücüsü olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*