Fransaya işgüzar səfəri çərçivəsində dekabrın 16-da Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa prezidentinin hərbi müşaviri, hərbi kabinetin rəhbəri, ordu generalı Fabien Mandon ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Arman Xaçatryan da iştirak edib. Regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub. Tərəflər bu məsələlərlə bağlı öz yanaşmalarını təqdim ediblər.
Vəli Həsənoğlu,
KONKRET.az