Suren Sarkisyan: “Tramp erməniləri yenə məyus etdi”backend

Suren Sarkisyan: "Tramp erməniləri yenə məyus etdi"

KONKRET.az xəbər verir ki, Suren Sarkisyan özünün facebook səhifəsində yazıb ki, “Tramp “soyqırım” yerinə “müharibə” terminini istifadə etməyi təklif edib. Bununla da o, erməniləri yenə məyus edib.

Sarkisyan bildirib ki, bunu Ərdoğanın Trampla telefon danışığnda ABŞ Prezidenti bildirib.

Yeri gəlmişkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona yola düşür. Donald Trampla ikitərəfli görüşdə əsas mövzu Suriya, kürd məsələsi, İncirlik hərbi bazası, S400 sistemləri, F35 qırıcıları ilə bağlı məsələlər olacaq. Eləcə də Nümayəndələr Palatasının “soyqırımı” tanıması və Türkiyəyə qarşı sanksiyalarla bağlı qərarlar da müzakirə olunacaq. Türkiyə qərarın Konqresin yuxarı palatası ola Senat tərəfindən qəbul edilməsinə mane olmaq üçün bütün istiqamətlərdə hücuma keçib.

Suren Sarkisyana görə Senatda Tramp komandası çoxluq təşkil etdiyinə görə Ərdoğanın qətnamənin qəbul edilməməsi üçün şansları böyükdür. Trump administrasiyası Nümayəndələr Palatasında qətnamənin qəbul edilməsinə mane olmadığına baxmayaraq, Senatda vəziyyət tamamilə fərqli olacaq.

Erməni politoloq bildirib ki, “Artıq cəmiyyətimiz aktivləşmə əlamətləri göstərməyə başlayan Türk lobbisi və Tramp Administrasiyasının təzyiqlərinə qarşı iki cəbhədə mübarizə aparacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*