Ermənistan baş nazirinin Avropa İqtisadi ittifaqının iclasında söylədiyi fikirlər ölkəsində geniş müzakirə olunur.
KONKRET.az xəbər verir ki, erməni politoloq Suren Surenyants Paşinyanın bəyanatını şərh edib: “Paşinyan bildirdi ki, Aİİ siyasi və üstəlik, geosiyasi gündəmi olmayan iqtisadi birlikdir”. Əslində, Paşinyanın beynəlxalq münasibətlərlə bağlı virtual olmayan, konkret komponentləri – təhlükəsizlik və maddi maraqları olan yanlış fikirləri var. İqtisadi cəhətdən bir struktura inteqrasiya olunmaq və təhlükəsizlik problemlərinin həllini başqa bir sistemdə görmək mümkün deyil. Bunun xarici siyasətin şaxələndirilməsi ilə heç bir əlaqəsi yoxdur, bu, fəlakətlə nəticələnə biləcək avantüradır. Ermənistan xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq barədə dəqiq qərar verdi.
Bunu Paşinyanın Sankt-Peterburqa səfəri fonunda NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kolomina bildirib. Kolomina “havadan” belə bir açıqlama verməzdi. Ermənistan müxtəlif geosiyasi mərkəzləri çaşdırmağa çalışır. Yenə deyirəm, bunun xarici siyasətə, təhlükəsizlik sisteminə, iqtisadiyyatın şaxələndirilməsinə heç bir aidiyyəti yoxdur və sadəcə olaraq gündəmin olmamasının və təhlükəli avantüranın nəticəsidir”.
Vəli Həsənov,
KONKRET.az