Surenyants: “Paşinyan hakimiyyətdə olduğu müddətdə alçalacağıq”backend

Surenyants: “Paşinyan hakimiyyətdə olduğu müddətdə alçalacağıq”

“Nikol Paşinyan məsuliyyətdən yayına bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Suren Surenyants yazır.

“Andranik Köçəryan bildirib ki, Nikol Paşinyan bu ay 44 günlük müharibə ilə bağlı təhqiqat komissiyasında canlı məruzə ilə çıxış edəcək.

Şübhə yoxdur ki, hakimiyyətin son təbliğat aktı səhnələşdiriləcək. Bu zaman Paşinyan rüsvayçılıqdan qaçmaq və məsuliyyətdən yayınmaq üçün bütün daxili və xarici oyunçuları müharibə, məğlubiyyət və sonrakı nəticələrə görə ittiham edəcək. Əsas hədəf keçmiş hakimiyyət, ordu və Rusiya olacaq.

Hakimiyyətin hekayəsi çox proqnozlaşdırıla bilən və primitivdir.

Paşinyan əbəs yerə ümid edir ki, müharibə və onun məğlubiyyətinə görə məsuliyyətini öz üzərindən atacaq. 44 günlük müharibə ona görə mümkün oldu ki, Paşinyan müharibədən əvvəlki sərt ritorikası ilə Bakının aqressiv gündəmi ilə bağlı beynəlxalq konsensusa nail oldu.

Alçaldıcı məğlubiyyət onun nəticəsidir ki, müharibə günlərində Paşinyan özünü dövlət xadimi aparmayıb, daxili siyasi merkantil maraqlarını rəhbər tutub. Ermənistanın alçaldılması isə ona görə davam edir ki, Paşinyan hələ də hakimiyyətdədir, eləcə də dövlət siyasətini öz səlahiyyətlərini genişləndirmək və məsuliyyətdən yayınmaq gündəminə tabe edir.

Lakin Nikol Paşinyan bu məsuliyyətdən yayına bilməyəcək”, – Surenyants yazıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*