Suriya İsraillə sülh sazişi imzalaya bilərbackend

Suriya İsraillə sülh sazişi imzalaya bilər

Suriya yaxın aylarda İsraillə sülh sazişi imzalaya bilər. Bu barədə “Ad-Diar” qəzeti məlumat yayıb.

KONKRET.az xəbər verir ki, nəşr diplomatik mənbələrə istinadla yazır: “Aş-Şaraa hökumətinin İsraillə sülh sazişi imzalaması artıq demək olar ki, həll olunmuş məsələdir. Sadəcə bir neçə həftə və ya ay qalır.”

Məqalədə bildirilir ki, bu fonda Livana da təzyiqlər artır və Beyrutun ya eyni vaxtda, ya da Suriya ilə ardıcıl şəkildə İsraillə sülh imzalamasına yönəlik ciddi təşviqlər edilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*