Suriya hökumət ordusu ölkənin qərbindəki Həma şəhərinin kənarına nəzarəti ələ keçirib.
KONKRET.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyi şəhər üzərində nəzarəti bir gün əvvəl, dekabrın 3-də ələ keçirdiyini elan etmişdi. Eyni zamanda Hələb və İdlibdə döyüşlər davam edir.
Mənbənin sözlərinə görə, Suriya ordusunun bölmələri Həma yaxınlığında tam təhlükəsizliyi təmin edib, bu ərazilərdə silahlı yoxdur.
Vəli Həsənoğlu,
KONKRET.az