Suriya telekanalının jurnalistləri Hələbdə yaralandıbackend

Suriya telekanalının jurnalistləri Hələbdə yaralandı

Suriyanın Akhbar telekanalının çəkiliş qrupu Hələb əyalətinin qərbində video material hazırlayarkən atəş altında qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Qeyd olunur ki, jurnalistlər yaraqlıların atəşi zamanı xəsarət alıblar.

Ölənlərin olub-olmaması dəqiqləşdirilir.

Bundan əlavə, SANA Dövlət Agentliyi əməkdaşlarının da atəş nəticəsində zərər çəkdiyi deyilir.

Babək Göyüş

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*