Suriya və İraqda 35 terrorçu zərərsizləşdirildibackend

Suriya və İraqda 35 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu sentyabrın 2-dən 5-dək İraqın şimalında və Suriyada ümumilikdə 35 terrorçunu məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, İraqın Metina, Zap, Qara, Qəndil və Asos bölgələrində terrorçuların 20 hədəfinə endirilən aviazərbələr nəticəsində azı 27 silahlı öldürülüb. Suriyanın şimalında daha 8 terrorçu zərərsizləşdirilib.

Müdafiə Nazirliyi Suriyada terrorçuların nəzarətində olan zonanın yaradılmasının qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.

Ümumilikdə, ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədə azı 1860 silahlını zərərsizləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*