ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda Vaşinqtonda keçirilməsi planlaşdırılan mərasimdə Suriya və İsrail arasında əldə olunacaq tarixi razılaşmanı şəxsən elan etməyə hazırdır. Bu barədə The Independent Arabia məlumat yayıb.
KONKRET.az xəbər verir ki, razılaşmaya əsasən, Dəməşq İsrailə qarşı hücumlar üçün öz ərazisindən istifadə olunmasına imkan verməyəcək, ölkənin cənubunda ağır silah yerləşdirməyəcək, İranın geri dönməsinə şərait yaratmayacaq və bufer zonanı genişləndirəcək.
Öz növbəsində İsrail Suriya hökumətinin legitimliyini tanıyacaq və ölkənin daxili işlərinə qarışmamağı öhdəsinə götürəcək. Bildirilir ki, Qolan təpələri ilə bağlı məsələlərin müzakirəsi isə gələcəyə saxlanılacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az