Suriyada təhsil pulsuz olacaqbackend

Suriyada təhsil pulsuz olacaq

Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.

KONKRET.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bunu Suriya keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib: “Hökumət hər bir suriyalının haqqı olan təhsilin pulsuz olmasına sadiqdir. Suriya xalqının istəklərinə cavab verən yeni bir təhsil layihəsi üzərində işləyirik”. Nazir bildirib ki,  Suriyada 350 min müəllim var və onların aylıq maaşı cəmi 20 dollardır. Əmək haqqılarının artırılması üçün keçid hökuməti addımlar atır: “Əsəd rejimi bizə çətin miras qoydu. Biz dəyişikliklər etmək və təhsil proqramlarını inkişaf etdirmək üçün çalışırıq”,-deyə nazir bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*