Suriyada vurulan Türk pilotsuz təyyarəsinin videosu yayıldıbackend

Suriyada vurulan Türk pilotsuz təyyarəsinin videosu yayıldı

Suriyanın İdlib vilayətinin ərazisində bir Türk pilotsuz təyyarəsi vurulub.

KONKRET.az xəbər verir ki, qəza yerindən reportaj Səudiyyə Ərəbistanın “Əl-Ehbaria” telekanalı tərəfindən çəkilib.

Fərqli nöqtələrdən çəkilənlər ərazidə vurulan bir pilotsuz təyyarənin qalıqlarını göstərir.

Bu dron modifikasiyası, 2018-ci ildə Türk qoşunlarına daxil olunub, ümumilikdə Ankarada ən azı 10 belə nəqliyyat vasitəsi var. “Anka-S” dronu həm kiçik bombalar, həm də yüksək dəqiqlikli nəzarət vasitələri ilə təchiz edilə bilər.

Fevralın 24-də Rusiya qırıcılarının İdlibdəki 18 yaşayış məntəqəsinə hava hücumu zamanı 10-dan çox türk əsgərinin öldüyü bildirilib. Bəzi məlumatlara görə, ölənlər arasında təkcə hərbçilər yox, həm də suriyalı üsyançı qrupların yaraqlıları da var.

Xarici işlər naziri Sergey Lavrov Moskvanın hücumlarının Türkiyə ilə razılaşmalara uyğun həyata keçirildiyini söyləyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə eskalasiya zonasında vəziyyəti sabitləşdirəcək bir sıra danışıqların aparılması planlaşdırılır.

Suriya məsələsində Rusiya ilə Türkiyə arasındakı mübahisələr bu ilin əvvəlində, Dəməşq qüvvələrinin Moskvanın dəstəyi ilə İdlibdə üsyançılara hücum edən zaman kəskinləşib.

Ankara hiss edib ki, qaçqın axını qaçılmaz dərəcədə artacaq. Buna cavab olaraq, Türkiyə ordusu fevralın 20-də genişmiqyaslı hücuma keçib, ancaq bu hücum Suriya qüvvələri tərəfindən dayandırılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*