Suriyada zəlzələdə ölənlərin sayı 1000-i keçdi – YENİLƏNİBbackend

Suriyada zəlzələdə ölənlərin sayı 1000-i keçdi - YENİLƏNİB

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub.

KONKRET.az  “Al-Hadas” telekanalına istinadən xəbər verir ki, Suriyada zəlzələ nəticəsində 1000-dən çox insan həlak olub.

Dağıntılar arasından daha 400 yaralı çıxarılıb. Həlak olanların əsas olaraq Hələb, Hama və Lazkiye şəhərlərinin sakinləri olduğu bildirilir.

17:59

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 430-a çatıb. 

KONKRET.az xəbər verir ki, bu barədə SANA agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 315 nəfər yaralanıb.

***

09:42

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri keçib.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi “AlHadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla insan qalıb.

Qeyd olunub ki, dağıntılar altından 400-ə yaxın adam çıxarılıb.

Hazırda güclü yağış altında xilasetmə işləri aparılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*