Suriyalı qəbilə başçıları Türkiyədən kömək istədi: “YPG bizimkiləri öldürür”backend

Suriyalı qəbilə başçıları Türkiyədən kömək istədi: “YPG bizimkiləri öldürür”

Şanlıurfada bir araya gələn Suriyalı qəbilə liderləri və QHT nümayəndələri terror təşkilatı PKK / YPG-nin nəzarətində olan torpaqların Türkiyənin köməyi ilə geri qaytarılması üçün Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.

Mənbə bildirir ki, ötən bazar günü Türkiyənin şərqində Suriyanın Əl-Havayıç kəndində Akedat və Zubayd qəbilə liderləri – Şeyx Mutşir əl-Hammud əl-Cedan və Şeyx İbrahim əl-Xəlil əl-Abbud əl-Cedan maşınlarında gedərkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.

Şeyx Mutşir və sürücü hadisə yerində ölüb, Şeyx İbrahim yaralanıb.

Qəbilə başçıları YPG-nin nəzarət etdiyi şəhər və digər bölgələrdən Türkiyənin köməyi ilə çıxarılmasını istəyir.

Ərdoğandan kömək istəyən suriyalılar Resulayn və Telabyad kimi digər bölgələrdə də sülh gözlədiklərini söyləyiblər.

“Liderimiz Şeyx Mutşir əl-Hammud əl-Cedanı YPG-nin öldürüldüyünü çox yaxşı bilirik. Allahın izni ilə rəhbərimizin qanını yerdə qoymayacağıq. ABŞ-ın torpaqlarımızı tərk etməsini istəyirik. YPG  millətimizin hamısını öldürdü. Allah Türkiyəni qorusun. Xüsusilə Baş nazir Rəcəb Tayyib Ərdoğana çox təşəkkür edirik” deyiblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*