Suriyalı üsyançılar Həma şəhərini nəzarətə götürübbackend

Suriyalı üsyançılar Həma şəhərini nəzarətə götürüb

Suriyada Bəşər Əsəd ordusuna qarşı çıxan silahlı qruplar Həma şəhəri yaxınlığında yerləşən ərazilərə daxil olmağa başlayıb və bölgədə şiddətli döyüşlər gedir.

KONKRET.az xəbər verir ki,  “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi hökumət əleyhinə silahlı qüvvələr noyabrın 27-dən Həma əyalətində irəliləyişlərini davam etdirir.  Silahlı qruplar şəhər mərkəzinin şərqindəki Mezharib, Sənayi və Ərbəin bölgələrinə girməyə başlayıb. Rusiya döyüş təyyarələri Suriya ordusuna dəstək verir. Həma şəhər mərkəzinin qərbində  toqquşan qruplar Erze, Əl Vahşiyə, Kefertun və Yadigun kəndlərini ələ keçirərək şəhər mərkəzinin cənub-qərbindəki Həma hərbi hava limanına doğru irəliləyib. Əsəd ordusuna müxalif silahlı qruplar şəhər mərkəzi yaxınlığında Həma hərbi hava limanından havaya qalxan iki helikopterdən birini vurub. Zədələnmiş daha bir helikopter təcili eniş edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*