Suriyanın şimal-şərqindəki ABŞ bazası raket hücumuna məruz qaldıbackend

Suriyanın şimal-şərqindəki ABŞ bazası raket hücumuna məruz qaldı

Suriyanın şimal-şərqindəki Amerika qüvvələri raket hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum Deyr əz-Zor əyalətindəki Koniko neft-qaz yatağı yaxınlığındakı bazada yerləşən Amerika hərbçilərinə qarşı həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl  ABŞ ordusu İranın dəstəklədiyi iddia edilən şiə qruplarının hücumlarına cavab olaraq İraqdakı hədəflərə zərbələr endirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*