Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatları davam edir.
Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkar etdiyi 7 PKK/YPG terrorçusu məhv edilib: “Terrorun mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az