Rusiyada magistral avtomobil yoluna çıxan nəsli tükənməkdə olan Amur pələngini maşın vurub.
KONKRET.az İHA-ya istinadən xəbər verir ki, hadisə ölkənin Primorski diyarında baş verib.
Nəticədə Amur pələngi tələf olub.
Hüquq-mühafizə orqanları qəzanı törədən sürücünün ifadəsini aldıqdan sonra onu sərbəst buraxıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Qırmızı kitab”a daxil edilən Amur pələnginin dünyada sayı 580-600 arasıdır.