Sürücü sərnişinin itmiş əşyasına görə məsuliyyət daşıyır? – AÇIQLAMAbackend

Sürücü sərnişinin itmiş əşyasına görə məsuliyyət daşıyır? - AÇIQLAMA

Hər kəs gündəlik həyatında ictimai nəqliyyatdan və taksidən istifadə edir. Bəzən ani unutqanlıq nəticəsində əşyalar nəqliyyat vasitəsində unudulur və onları tapmaqda problemlər yaranır.

Bəzi hallarda isə sürücülər əşyaları sahibini qaytarmaq maraqlı olmur və məsələnin araşdırılması hüquq-mühafizə orqanlarına qədər gedib çıxır.

Maraqlıdır, bu kimi hallarda məsuliyyəti kim daşıyır? Qanunvericilikdə bununla bağlı hər hansı tənzimləmə varmı?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov sözügedən məsələ ilə bağlı qanunvericilikdə hansısa tənzimlənmənin olmadığını deyib:

“İctimai nəqliyyatda və ya taksidə itmiş əşyanın sahibinə qaytarılmadığı təqdirdə hansısa inzibatı cəza və ya cinayət məsuliyyətinə cəlbetmə nəzərdə tutlmayıb. Əşyasını itirən şəxs ilk növbədə xidməti həyata keçirən taksi və ya nəqliyyat şirkətinə müraciət etməlidir. Həmin taksidə və ya ictimai nəqliyyatda salonu nəzəratdə saxlayan nəzarət kamerası varsa, bu kamera vasitəsilə əşyanı götürən şəxsin müəyyən olunması üçün polisə müraciət etmək lazımdır. Kamera yoxdursa, əşyanın kim tərəfindən götürülməsi məlum deyilsə, bu, götürən şəxsin vicdanına qalır. Əşyanın sürücü tərəfindən götürülməsi aşkar olunduqda əşyanın geri alınması ilə bağlı müvafiq tədbirlər görülə bilər. Verilməyəcəyi təqdirdə isə mülki məsuliyyət yaranır, aidiyyatı üzrə məhkəməyə müraciət etməklə vurulmuş zərərin əvəzinin ödənilməsi tələb oluna bilər”.

Aygün Mirakif

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*