Sürücüləri intim münasibətlə şantaj edən qadın azadlıqdan məhrum edildibackend

Sürücüləri intim münasibətlə şantaj edən qadın azadlıqdan məhrum edildi

Bakı-Qazax yolunda sürücülərə əl edib avtomobilləri saxlatdıqdan sonra maşına əyləşən qadın kişilərə qarşı şantaja əl atıb.

KONKRET.az-ın məlumatına görə, 1976-cı il təvəllüdlü Tamara Rəsulova (ad-soyad şərtidir) müxtəlif maşınlara əyləşdikdən sonra sürücülərə intim münasibət təklif edib.

50 yaşlı qadın kişilərdən imtina cavabı aldıqdan sonra onları şantaj edib. “Polisə, ailənə deyəcəm ki, məni zorlamaq istədin” kimi sözlərlə sürücüləri rüsvay edəcəyini deyən qadın onlardan müxtəlif məbləğlərdə pul almağı bacarıb.

Tamara Rəsulovanın cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sürücülərə ümumilikdə 4 min manat ziyan vuran, sonradan vurduğu ziyanı geri ödəyən qadının azadlığı 2 il 8 ay müddətinə məhdudlaşdırılıb.

Ağagül Mürsəlov,

KONKRET.az

Müzakirə qapadılmışdır