Sürülməyən avtomobilə görə cərimə yazıla bilər? – RƏYbackend

Sürülməyən avtomobilə görə cərimə yazıla bilər? - RƏY

Sürülməyən avtomobilə texniki baxışa görə cərimə yazıla bilərmi?

KONKRET.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov bildirib ki, qanuna görə, yaşı 10 ildən yuxarı olan avtomobillər hər il texniki baxışdan keçməlidir.

“Amma avtomobil sürülmürsə, buna görə heç bir cərimə yazıla bilməz. İstismar edilən avtomobilin sahibinə texniki baxışın vaxtı qurtardığı təqdirdə 20 gün əlavə vaxt verilir. Bu zaman dolduqdan sonra isə həmin avtomobilin sahibinə 50 manat cərimə yazılır. İstismar olunmayan avtomobil sahiblərinə isə cərimələrin yazılması qanunsuzluqdur”.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*