Şuşa məhəllələri: Çuxur məhəllədən – VİDEObackend

Şuşa məhəllələri: Çuxur məhəllədən - VİDEO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb.

Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı.

KONKRET.az AzərTac-a istinadən xəbər verir ki, Şuşa şəhərində XVIII əsrdə salınmış aşağı məhəllələrdən biri Çuxur məhəllədir. Çuxur məhəllə şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Hacı Quluların mülkü, Xalq artisti Bülbülün ev-muzeyi bu məhəllədə yerləşir.

Şuşa şəhərinin digər tarixi məkanları kimi, Çuxur məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII əsrdə inşa edilmiş məscidi və bir sıra digər tarixi tikililəri dağıdıblar.






 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*