“Şuşanı qəsdən təslim ediblər, bu haqda əsaslı şübhələrim var” – Koçaryandan səs-küylü AÇIQLAMAbackend

“Şuşanı qəsdən təslim ediblər, bu haqda əsaslı şübhələrim var” – Koçaryandan səs-küylü AÇIQLAMA 

“Şuşanın qəsdən təslim edilməsi haqda əlimdə əsaslı şübhələr var”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti olmuş Robert Koçaryan deyib:

“Düşmənin (Azərbaycan – red) havadan böyük üstünlüyü var idi. Elə ilk gündən onun irəliləməsinin qarşısını almaq lazım idi” – deyə Koçaryan vurğulayıb.

Koçaryan Ermənistan ordusunun istehkamın ikinci xəttində möhkəmlənməsinə imkan verməyən əks hücum cəhdini böyük səhv kimi qiymətləndirib. Səfərbərliyin isə qeyri-mütəşəkkil aparıldığını deyib:

“Şuşaya gəldikdə – Onlar (Azərbaycan ordusu – red) Şuşaya texnikasız daxil oldular. Hadrut tərəfdən meşələrdən gəldilər.Burada sual yaranır. Niyə Azərbaycan ordusunu yolda heç yerdə dayandırmadılar? İnsanlarda fikir var ki, Şuşanı qəsdən təslim ediblər”.

Aydındır ki, Koçaryanın seçkiöncəsi kütlə qarşısında bu cür çıxışları Paşinyanı aşağılamağa və səs qazanmağa hesablanıb. Elə məsələyə bu prizmadan yanaşsaq, Koçaryanın Şuşa haqqında fikirlərinin cəfəngiyyat olduğunu deyə bilərik. Çünki Azərbaycan ordusunun Şuşaya yüksəkliklərdən daxil olduğu, düşmənin qüvvələrini darmadağın etdiyi və olduqca çətin bir döyüş tapşırığı ilə Azərbaycanın qədim şəhərini düşməndən azad etdiyi hər kəsə məlumdur.

Müşviq Tofiqoğlu

KONKRET.az    

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*