Süveyş kanalında vəziyyət gərgindirbackend

Süveyş kanalında vəziyyət gərgindir

Misirin Süveyş Kanalı İdarəsinin rəhbəri Usamə Rabea bildirib ki, səlahiyyətlilər Qırmızı dənizdəki mövcud gərginliyi diqqətlə izləyir.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Yəmən husiləri Qırmızı dənizdəki yük gəmilərinə İsrailə doğru hərəkət etməmələri üçün xəbərdarlıq ediblər.

Onlar İsrailin Qəzza sektorunu bombalamasına etiraz olaraq Norveç ticarət tankerini raketlə vurmağa görə məsuliyyəti öz üzərinə götürüblər.

Usamə Rabeanın sözlərinə görə administrasiya Qırmızı dənizdəki mövcud gərginliyin kanaldakı gəmiçiliyə təsirini yaxından izləyir və kanalda nəqliyyatın hərəkəti tam normaldır. Bəyanatda bildirilir ki, noyabrın 19-dan bəri Ümid burnundan 55 gəmi öz marşrutunu dəyişib, bu müddət ərzində kanaldan 2128 gəmi keçib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*