Çin Xalq Respublikasının Sədri Si Szinpin Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, Szinpin Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.