Tacikistan Prezidenti Moskvaya uçdu – sabah Qələbə Paradı keçiriləcəkbackend

Tacikistan Prezidenti Moskvaya uçdu - sabah Qələbə Paradı keçiriləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan Prezidenti Emoməli Rəhmon bu gün iyunun 23-də İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Moskvaya yola düşüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, Rəhmonu xarici işlər üzrə köməkçisi, müdafiə naziri və digər rəsmi şəxslər müşayiət edir.

Həmçinin, Tacikistan Müdafiə Nazirliyinin Hərbi İnstitutunun kursantları, ölkənin Silahlı Qüvvələri Baş Qərargahının fəxri qarovul dəstəsinin batalyonunun əsgər və zabitləri – cəmi 75 hərbçi bir neçə gün əvvəl Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi şərəfinə hərbi paradda iştirak etmək üçün Moskvaya gediblər.

Qələbə Paradı iyunun 24-də keçiriləcək.

                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*