Tacikistanda bu gün Müstəqillik Günüdür – Kütləvi tədbirlər keçirilməyəcəkbackend

Tacikistanda bu gün Müstəqillik Günüdür - Kütləvi tədbirlər keçirilməyəcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün sentyabrın 9-da Tacikistan dövlət müstəqilliyini qazandığının 29 ilini qeyd edir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hər il Tacikistanda Müstəqillik Günü ictimai, siyasi və mədəni tədbirlər təşkil etməklə geniş şəkildə qeyd olunurdu.

Bu il Koronavirusla Mübarizə və Qarşısının Alınması üzrə Respublika Qərargahı hər cür kütləvi tədbirlərin qadağan olunduğunu açıqlayıb.

Qərargahdan edilən açıqlamada, bu cür qadağanedici tədbirlərin “koronavirus pandemiyasının ikinci dalğasının yayılmasının qarşısını almaq üçün” alındığı bildirilib.

29 il əvvəl 1991-ci il sentyabrın 9-da Tacikistan Ali Sovetinin fövqəladə iclasında ölkənin Dövlət Müstəqilliyi Bəyannaməsi qəbul edilib.

Ancaq müstəqillik elan olunduqdan sonra Tacikistan beş uzun il davam edən vətəndaş müharibəsinin uçurumuna qərq olub. Müxtəlif təxminlərə görə, ölkədəki döyüşlər 150 min insanın həyatına son qoyub, bir milyona yaxın vətəndaş qaçqın olub.   

                                                                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*