Tacikistanda Çin fəhlələri tətil etdi, əraziyə polis gətirildi – VİDEObackend

Tacikistanda Çin fəhlələri tətil etdi, əraziyə polis gətirildi – VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistanın şimalında “Tacikistan-Çin Mədən və Sənaye” şirkətində çalışan çinli fəhlələr tətilə çıxıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, mitinq mayın 20-də Çindən humanitar yardım ilə təyyarənin gəlməsi barədə məlumat əldə etdikdən sonra başlayıb.

“Düşənbədə humanitar yardım çatdıran təyyarə ilə Çinə qayıtmaq istədilər. Ancaq bu mümkün deyil, çünki onları göndərmək üçün Çindən icazə almalıyıq. Ancaq icazə yox idi. Hal hazırda hər şey qaydasındadır, işçilərin hamısı işləyir və heç bir problem yoxdur”. Şirkətdən bildiriblər.

Çinin Tacikistandakı səfirliyindən bildiriblər ki, bu günə qədər tətil barədə dəqiq məlumat yoxdur.

Soqdiysk vilayətinin Daxili İşlər Nazirliyindəki bir portaldakı mənbənin verdiyi məlumata görə, Zarnisor qəsəbəsindəki “Tacikistan-Çin Mədən və Sənaye” şirkətinin 60-a yaxın çinli işçisi maaşlarının vaxtında ödənilməsini tələb edərək baş idarənin yanında toplaşıblar. Mənbə 8 aylıq maaş almadıqlarına görə etiraz etdiklərini qeyd edib.

Vəziyyətin daha da gərginləşməməsi üçün şirkət rəhbərliyi polisə müraciət edib və əraziyə bir qrup yerli çevik polis alayının döyüşçüləri göndərilib. Camaatı dağıtmaq üçün polis əməkdaşları havaya atəş açıb. Xəsarət alanlar və yaralılar yoxdur”. Mənbə bildirib.

Bu faktla bağlı heç bir cinayət işi və ya inzibati iş açılmayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*