Tacikistanda koronavirusa yoluxanların sayı 5747-yə çatdıbackend

Tacikistanda koronavirusa yoluxanların sayı 5747-yə çatdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

26 iyun axşamı Tacikistanda koronavirusa yoluxanların sayı 5747 olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, gün ərzində 56 yeni infeksiya aşkar edilib.

Müalicə olunanların sayı 4331 nəfərə çatıb (+62).

İyunun 26-ı ərəfəsində senatorlar ölkənin İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib, ona əsasən ölkədə “maskalı rejim”in pozulmasına görə cərimələr tətbiq edilir. Senatorlar bu düzəlişləri yekdilliklə dəstəkləyiblər.

Tacikistanda ictimai yerlərdə maskasız gəzən insanlar 116 somdan 290 somadək (11-28 ABŞ dolları) cərimələnəcək.

Dəyişikliklər prezident tərəfindən imzalanandan və dövlət mediasında dərc edildikdən sonra qüvvəyə minəcək.

                 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*