Taksilərə nəzarət artırılır – Süni intellektin rolu nədən ibarət olacaq?backend

Taksilərə nəzarət artırılır - Süni intellektin rolu nədən ibarət olacaq?

“Taksi xidməti sahəsində süni intellekt vasitəsilə daha təkmil bir sistem qurulur. Artıq sürücü yalnız qeydiyyatdan keçdiyi avtomobillə xəttə çıxa biləcək. Hətta bir sürücü sistemdə qeydiyyatdan keçibsə, həmin avtomobili başqa bir sürücü idarə edə bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı Baku TV-nin “Yeni bir səhər” verilişində bildirib.

Onun sözlərinə görə, bu platforma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanıb. Lakin taksi operatorlarından biri artıq bu sistemi tətbiq etməyə başlayıb. Şirkət sürücülərə nəzarəti gücləndirmək üçün sərnişinlərin dəstəyinə ehtiyac duyur.

“Sürücünün xidməti ilə bağlı məlumatı sərnişinlərdən almağı planlaşdırırlar. Əgər sürücü keyfiyyətsiz xidmət göstərirsə, müştərilərdən xahiş olunur ki, düşəndə ona 5 ulduz verməsinlər. Amma bizim insanlarımız taksidən narazı qalsalar da, sürücünün istəyi ilə ona 5 ulduz verirlər, sonra isə sosial şəbəkələrdə narazılıqlarını dilə gətirirlər”, – deyə ekspert əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*