Taksilərlə bağlı MÜHÜM QƏRARbackend

Taksilərlə bağlı MÜHÜM QƏRAR

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına verilən buraxılış vəsiqəsi ilə bağlı vergi orqanlarına məlumat göndəriləcək.

KONKRET.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısına aşağıdakılar da əlavə edilib:

– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi.

– Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi.

– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*