“Taliban” avtomobillərdə musiqiyə qadağa qoydubackend

"Taliban" avtomobillərdə musiqiyə qadağa qoydu

Əfqanıstanda “Taliban” hökuməti avtomobillərdə musiqi səsləndirməyə, habelə hicabsız qadınların avtomobilə mindirilməsinə qadağa qoyub.

KONKRET.az “Kabul News”a istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının yaratdığı Fəzilətin Təşviqi və Əxlaqsızlığın Kökünün Kəsilməsi Nazirliyi sürücülərə yazılı tövsiyə göndərib.

Bu ilin avqust ayında hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən “Taliban” qatı şəriətçi rejim yaradaraq qadınların ictimai həyatını məhdudlaşdırmaq, habelə musiqini ictimai yerlərdən yığışdırmaq istiqamətində məqsədyönlü addımlar atır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*