Əfqanıstanda “Taliban” hərəkatının düşərgəsinə hücum olub, ölən və yaralananlar var.
KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsi məlumat yayıb.
Bildirilib ki, ötə gecə Təxar əyalətinin Qaflatun kəndində “Taliban” düşərgəsinə hücum edilib və nəticədə 1 nəfər öldürülüb, 2 nəfər isə yaralanıb.
“Bu hücumda Milli Müqavimət Cəbhəsi qüvvələrinə zərər dəyməyib”,- məlumatda qeyd olunub.