“Taliban” Kabildən təxliyələrə İCAZƏ VERDİbackend

“Taliban” Kabildən təxliyələrə İCAZƏ VERDİ

“Taliban” hərəkatı Əfqanıstandan təxliyələr üçün çarter uçuşlarına icazə verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata əsasən, “Taliban” ABŞ-ın Əfqanıstandan təxliyyə ilə bağlı əməliyyatları başa çatandan sonra ölkədə qalan 200 amerikalı və üçüncü ölkələrin vətəndaşlarını Kabil hava limanından çarter reysləri ilə təxliyə etməyə icazə verəcək.

Həmçinin qeyd olunur ki, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad danışıqlar zamanı “Taliban” hərəkatını bu addımı atmağa razı sala bilib. Təyyarələrin Kabil hava limanını bu gün tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken də öz növbəsində “Taliban”ı Əfqanıstandan təxliyələr üçün çarter uçuşlarına icazə verməyə çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*