Taliban nümayəndə heyəti Qətərdə ABŞ diplomatları ilə görüşdübackend

Taliban nümayəndə heyəti Qətərdə ABŞ diplomatları ilə görüşdü

Taliban nümayəndə heyəti Qətərin paytaxtı Dohada ABŞ diplomatları ilə görüşüb.

KONKRET.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ qoşunlarının Əfqanıstandan çəkilməsindən sonra baş tutan ilk görüşdə tərəflər Kabilə humanitar yardımların çatdırılması, eləcə də Doha razılaşmasının tətbiqi kimi məsələləri müzakirə ediblər.

Talibanın mətbuat katibi bildirib ki, görüş zamanı Kabil-Vaşinqton əlaqələrində yeni səhifənin açılması təklif edilib, bununla belə, Əfqanıstanın suverenliyinə hörmət etməyə, həmçinin onun daxili işlərinə qarışmamağa çağırış edilib.

Görüşün sabah da davam edəcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*