backend

Taliban sazişi pozdu - Pəncşirdə gərgin döyüşlərdə...

Pəncşir vilayətində yüzlərlə Taliban döyüşçüsü öldürülüb.

KONKRET.az xəbər verir ki, bunu Əfqanıstan Müqavimət Cəbhəsinin komandirlərindən biri CNN-ə açıqlamasında deyib.

“Pəncşiri ölkənin digər hissəsi ilə birləşdirən Havak aşırımında qızğın döyüşlər gedir. Bizim hələ də internetimiz yoxdur. Taliban yüzlərlə döyüşçüsünü itirib”, – komandir bildirib.

Əfqanıstan Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzərinin sözlərinə görə, Taliban hücum etməklə tərəflər arasında əldə olunmuş “centlmen sazişi”ni pozub. Nəzəri taliblərin bir neçə hərbi texnikasının da vurulduğunu qeyd edib./Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*