Taliban sülh sazişinə əməl etməyəcək – kəşfiyyatbackend

Taliban sülh sazişinə əməl etməyəcək - kəşfiyyat

ABŞ hakimiyyəti Taliban radikal hərəkatının sülh sazişinin şərtlərinə əməl etmək niyyətində olmadığını irəli sürən kəşfiyyat məlumatı əldə edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı NBC telekanalı yayıb.

“Onların razılığa gəlmək niyyətləri yoxdur” deyə bir məmur kəşfiyyata istinadən deyib.

Eyni zamanda, mediada Amerika tərəfinin hansı informasiyaları aldığı bildirilmir. Bununla yanaşı, Pakistandakı Talibana yaxın mənbələrə də istinad edilir, bu da Talibanın hücum etmək niyyətini təsdiqləyir.

“Əfqanıstan rəhbərliyinə deyəcəyik ki, Birləşmiş Ştatlar bizi və mövqeyimizi tanıyarsa, ölkəni sülh yolu ilə verməyin vaxtı çatdı”. Bir Taliban tərəfdarının sözləri sitat gətirilir.

Kanalın bildirdiyinə görə, ABŞ hakimiyyəti Taliban qrupunun Əfqanıstan hakimiyyətinə hücum etməsini mümkün sayır, lakin bu səbəbdən qoşunlarını ölkədən çıxartmaq planlarından əl çəkmək niyyətində deyil.

Fevralın 29-da ABŞ və Taliban Dohada sülh müqaviləsi imzaladılar. Razılaşmalara əsasən, ABŞ, müttəfiqləri və koalisiya 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmaq niyyətindədir. Taliban, öz növbəsində, Əfqanıstan ərazisindən ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə təhdid yaratmayacağına zəmanət verir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*