Talış-Suqovuşan döyüşlərində şəhid olan tarix müəllimi – FOTObackend

Talış-Suqovuşan döyüşlərində şəhid olan tarix müəllimi - FOTO

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Famil Əhmədzadə təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb.

İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*