Ukraynalı aktyor Maksim Nelipa döyüş zamanı həlak olub.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, ukraynalı aktyor və teleaparıcı Maksim Nelipa mayın 12-də öldürülüb, dostları və ailəsi mayın 14-də biliblər.
Nelipa 2022-ci ilin martında Silahlı Qüvvələr sırasına daxil olub.
Nelipanın digər dostları və həmkarları sosial şəbəkədə xatirələrini paylaşıblar.
“Bizim həmkarımız, teleaparıcı Maks Nelipa döyüş zamanı həlak olub”, – jurnalist Yelena Filonova yazıb.
“İnana bilmirəm, ağır itkidir. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Maks, sənin təbəssümün həmişə yaddaşımızda qalacaq”.
Qeyd edək ki, Nelipa məşhur televiziya proqramlarında, o cümlədən “Dizel şousu” komediyasında aparıcılıq edirdi.