“Supermen” və “Ulduz müharibələri” filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Terens Stemp 88 yaşında vəfat edib.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsinə istinadən “Reuters” məlumat yayıb.
Stemp avqustun 17-də səhər dünyasını dəyişib. Ölümün səbəbi barədə məlumat verilməyib.
“O həm aktyor, həm də yazıçı kimi, illər boyu insanları ruhlandırmaqda davam edəcək qeyri-adi iş miras qoyub”, – aktyorun ailəsi bildirib.
Terens Stempın aktyorluq karyerası 1960-cı illərdə Londonda başlayıb. Aktyorun ilk əhəmiyyətli rolu Oskar mükafatına namizəd olduğu “Billi Budd” (1986) filmi olub. Daha sonra o, General Zod obrazını canlandırdığı” Supermen” (1978) və “Supermen II” (1980) filmlərindəki rolu ilə tanınıb. Aktyor “Ulduz müharibələri” (1999) filmində Kansler Valorum rolunu ifa edib.